“Cinli Əhməd” qonşusunu öldürdü, məhkəmə qarşına çıxarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda 26 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Əhməd Yaqubovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Oxu.Az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 13-nə təyin edilib.
Hadisə bu ilin avqust ayında baş verib. Xaçmaz rayonu, İzmailovka qəsəbəsində “Cinli Əhməd” kimi tanınan Ə.Yaqubov üç uşaq atası Etibar Cavadovu bıçaqlayıb.
O, ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsindən hadisə yerindəcə keçinib.
Əhməd Yaqubova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputatlar daha bir qanunu ləğv ediblər
2018-ci ildə ən çox satılan avtomobillər - siyahı və FOTOLAR
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
DYP-dən yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət
Smart qaz sayğaclarının balansını onlayn da artıra bilərsiniz
ETSN çimərliklərə üz tutanlara xəbərdarlıq edib