20.12.2021 - 10:52
Dünya 6 baxış

Çinin XİN başçısı: "ABŞ-dan qorxmuruq"

“Çin hakimiyyəti ABŞ-la qarşıdurmadan qorxmur, bununla belə qarşılıqlı fayda verəcək və bərabərhüquqlu əməkdaşlığa da hazırdır”.

Minval.info TASS-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.

“Biz qarşıdurmadan qorxmuruq, ancaq qarşılıqlı əməkdaşlığa həmişə cəhd göstərəcəyik. Əməkdaşlıq hər iki tərəf üçün faydalıdlr. Ancaq düşmənlikdən Çinlə yanaşı, ABŞ da ziyan görəcək”, – Van İ çinli diplomatlar üçün keçirilən simpoziumda deyib.

Onun sözlərinə görə, rəsmi Pekin bərabərhüquqlu və qarşılıqlı fayda verəcək dialoqa hazırdır: “Ümid edirik ki, ABŞ iki dövlətin liderləri arasında əldə edilən konsensusa uyğun fəaliyyət göstərəcək və öz sözünü tutacaq”.

Qeyd edək ki, bu il noyabrın 16-da ABŞ Prezidenti Cozef Baydenlə Çin sədri Si Szinpin arasında video-konfrans formatında görüşü olub. Onlar əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: