Çin-dən Dünyaya ŞOK xəbərdarlıq: Daha bir virus yaranacaq
Dünya gələcəkdə yeni virusla qarşılaşacaq.
“Minval.info” Report-a istinadən bildirir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzinin başçısı Qao Tfu bildirib.
Onun sözlərinə görə, yeni “X virusu” istənilən yerdə istənilən vaxt yarana bilər, eyni zamanda onun xüsusiyyətləri hələ heç kimə məlum deyil.
“Gələcək insanlıq naminə problemin həlli üzərində birlikdə işləmək lazımdır. Bununla əlaqədar olaraq mən “dörd C prinsipi”ni təklif edirəm: əməkdaşlıq, rəqabət, ünsiyyət və ya informasiya mübadiləsi və nəhayət, üçüncü tərəflə koordinasiya”, – Qao Tfu elm və texnologiyalar beynəlxalq forumunda çıxışın gedişatında deyib.
O, real və yalan faktların bir-birinə qarışdığı fenomeni “infodemiya” adlandıraraq, koronavirus haqqında yanlış məlumatların təhlükəsini də vurğulayıb.
“Bu bir çox şayiə və problemlər doğurur, hansıları ki, həll etmək lazım gəlir”, – Tfu qeyd edib. O, Çin tərəfindən açıq informasiya mübadiləsinin alimlərə bütün dünyada koronavirus vaksinlərinin hazırlanılmasına operativ başlamağa imkan verdiyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır