“Çimərlikdən gec gəldi, bıçaqladım...”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində icazəsiz çimərliyə gedən qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə ifadə verən A.Rüstəmova özünü günahkar bildiyini deyib: “Mənim iki qızım var, amma böyük qızım Cəmalə sözümə baxmırdı. Həmin gün də yoldaşım xəstə idi, evdə yataqda yatırdı. Bir az söz-söhbət oldu, Cəmalə də həmin vaxt qapıda dayanmışdı. Ona dedim ki, bu tərəfə keç, sözümə baxmadı, əsəbiləşib vurdum”.
Məhkəmədə məlum olub ki, A.Rüstəmova istintaq zamanı qızını ondan icazəsiz çimərliyə getdiyi üçün vurub:
“Yoldaşımdan ayrılmışam, evlərdə xadiməlik edərək qızlarımı böyütmüşəm. Həmin gün Cəmalə icazəsiz çimərliyə getmişdi, ordan da gec gəldi. Mən bunu irad bildirdim, sözümə qulaq asmadı, mübahisə etdik, onu bıçaqla vurdum”.
Zərərçəkən C.Rüstəmova xanəndəliklə məşğul olub. Anası bildirib ki, o hazırda Türkiyədə olduğu üçün gəlib ifadə verə bilmir.
Qeyd edək ki, A.Rüstəmova barəsində həbs qərarı verilməyib, o hazırda azadlıqdadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moped və velosiped sürənlərə xəbərdarlıq
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu
Hakkaridə Türkiyə əsgəri həlak oldu