Çempionlar Liqasında daha 7 klub 1/8 finala yüksəlib - Nəticələr
UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
“Report” xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma keçirilib.
Günün əsas görüşü İtaliyada baş tutub. Turnirin son qalibi “Real Madrid”(İspaniya) “Roma”nın qonağı olub. Görüş “Kral klubu”nun inamlı qələbəsi ilə yekunlaşıb – 2:0. Məğlubiyyətə baxmaraq, “Roma” “Real Madrid”lə birgə 1/8 finala yüksəlib. Buna qrupun digər matçında Rusiya MOİK-nin evdə Çexiyanın “Viktoriya” (Plzen) komandasına məğlubiyyəti səbəb olub.
İtaliyanın turnirdəki digər təmsilçisi “Yuventus” isə evdə İspaniya “Valensiya”sına minimal hesabla qalib gəlib. H qrupunun digər görüşündə “Mançester Yunayted” İngiltərədə İsveçrə “Yanq Boyz”una minimal hesabla qalib gəlib. Beləliklə, İtaliya və İngiltərə təmsilçiləri Çempionlar Liqasında mərhələ adlayıblar.
Digər vəsiqələrə gəldikdə, E qrupunda Hollandiya “Ayaks”ı Yunanıstanda AEK üzərində inamlı qələbə sayəsində, “Bavariya” isə Almaniyada Portuqaliya “Benfika”sını darmadağın edərək, mərhələ adlayıb. H qrupunda isə hələlik yeganə vəsiqəni İngiltərənin “Mançester Siti” klubu Fransada “Lion”la heç-heçə sayəsində əldə edib. Ukrayna “Şaxtyor”u isə Almaniyada “Hoffenhaym”ı son dəqiqə qolu ilə yenərək, 1/8 final şanslarını son tura saxlayıb.
27 noyabr
Çempionlar Liqası, V tur
E qrupu
21:55. AEK (Afina, Yunanıstan) – “Ayaks”(Hollandiya) – 0:2
Qollar: Duşan Toşiç, 68 (pen.); 72
00:00. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) – 5:1
Qollar: Aryen Robben, 13; 30. Robert Levandovski, 36; 51. Frank Riberi, 76 – Jedson Fernandeş, 46
Xal durumu: “Bavariya” – 13, “Ayaks” – 11, “Benfika” – 4, AEK – 0.
F qrupu
00:00. “Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə) – 2:2
Qollar: Maksvel Korne, 55; 81 – Emerik Lyaport, 62. Serxio Aqüero, 83
00:00. “Hoffenhaym” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:3
Qollar: Andrey Kramariç, 17. Tsiben Tsuber, 40 – İsmaili, 14; Tayson, 15; 90+2
Xal durumu: “Mançester Siti” – 10, “Lion” – 7, “Şaxtyor” – 5, “Hoffenhaym” – 3.
G qrupu
21:55. MOİK (Moskva, Rusiya) – “Viktoriya” (Plzen, Çexiya) – 1:2
Qollar: Nikola Vlaşiç, 10 (pen.) – Roman Proxazka, 56. Lukaş Heyda, 81
00:00. “Roma” (İtaliya) – “Real Madrid” (İspaniya) – 0:2
Qollar: Qaret Beyl, 47. Lukas Vaskes, 59
Xal durumu: “Real Madrid” – 12, “Roma” – 9, “Viktoriya” – 4, MOİK – 4.
H qrupu
00:00. “Yuventus” (İtaliya) – “Valensiya” (İspaniya) – 1:0
Qol: Mario Mancukiç, 59
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) – 1:0
Qol: Maruan Fellaini, 90+1
Xal durumu: “Yuventus” – 12, “Mançester Yunayted” – 10, “Valensiya” – 5, “Yanq Boyz” – 1.
Qeyd edək ki, daha əvvəl İspaniya “Barselona”sı növbəti mərhələyə vəsiqəni təmin edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?