Çempionlar Liqasında 1/8 final mərhələsinin daha oyunları keçirilib - VİDEO
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
“Report”un məlumatına görə, yarışın son qalibi İspaniya “Real Madrid”i Hollandiyada “Ayaks”ın qonağı olub.
İngiltərə “Tottenhem”i isə Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edib. Hər iki qarşılaşmada 3 qol vurulub. Bu qolların hamısı ilk oyun günündə olduğu kimi, ikinci hissəyə təsadüf edib. “Tottenhem” “Borussiya”nı darmadağın edərək, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. “Real Madrid” isə səfər qələbəsinə nail olub – 2:1. Hərçənd, ilk yarıda “Ayaks”ın qolu VAR sisteminə müraciət olunduqdan sonra sayılmayıb.
Qeyd edək ki, bu cütlüklər arasında cavab görüşü martın 5-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
13 fevral
24:00. “Ayaks” (Hollandiya) – “Real Madrid” (İspaniya) – 1:2
Qollar: Hakim Ziyeş, 75 – Kərim Benzema, 60. Marko Asensio, 87
37-ci dəqiqədə Nikolas Talyafikonun qolu VAR sisteminə müraciət olunduqdan sonra ləğv olunub.
Baş hakim: Damir Skomina (Sloveniya)
Amsterdam. “Yohan Kroyff Arena”
24:00. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) – 3:0
Qollar: Son Hyunq-Min, 47. Yan Vertongen, 83. Fernando Lyorente, 86
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
London. “Uembli” stadionu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 913 000 manatlıq cekpot uduldu – TARİXİ UDUŞ
Elnur Əşrəfoğlu dəfn olundu - Foto
Neymardan şok sözlər: "PSJ-yə dönməyəcəm"
İspan hücumçudan Ronaldo etirafı: "Onu rahat buraxın"
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək
AVRO-2020-ni Azərbaycanda yayımlayacaq telekanalların adları açıqlanıb