Çempionlar Liqası: İngiltərə və Fransadakı oyunlar qolsuz bitib
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 ilk oyunu keçirilib.
“Report”un məlumatına görə, ötən mövsümün finalçısı “Liverpul” İngiltərədə Almaniya “Bavariya”sını qəbul edib.
Görüş meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçsə də, qolsuz yekunlaşıb.
Fransada “Lion” və İspaniya “Barselona”sının üz-üzə gəldiyi matçda da eyni hesab qeydə alınıb – 0:0.
Cavab görüşləri martın 13-də olacaq.
Qeyd edək ki, əvvəlki 4 matçda “Tottenhem” ingiltərədə Almaniyanın “Borussiya” (Dortmund) komandasını 3:0, “Roma” İtaliyada Portuqaliya “Portu”sunu 2:1 hesabı ilə yenib. Əvəzində “Ayaks” Hollandiyada İspaniya “Real Madrid”inə 1:2, “Mançester Yunayted” İngiltərədə Fransa PSJ-sinə 0:2 hesabı ilə uduzub. Bu gün “Atletiko” (Madrid, İspaniya) – “Yuventus” (İtaliya) və “Şalke” (Almaniya) – “Mançester Siti” (İngiltərə) qarşılaşmaları ilə 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?