Çempionlar Liqası: "Atletiko" inamlı, "Mançester Siti" əzmkar qələbə qazanıb - VİDEO
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
“Report”un məlumatına görə, son 2 matç İspaniya və Almaniyada keçirilib.
Final oyununun təşkil olunacağı Madriddəki “Metropolitano”stadionunda “Atletiko” və İtaliyanın “Yuventus” klubları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 78-ci dəqiqədə Xose Maria Ximenes, 83-cü dəqiqədə isə Dieqo Qodinvurub.
“Şalke” isə İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb – 3:2. Hesabı 18-ci dəqiqədə “şəhərlilər”in ən məhsuldar hücumçusu Serxio Aqüero 18-ci dəqiqədə açıb. Meydan sahibləri bu qola fasiləyədək Nabil Bentalebin 38 və 45-ci dəqiqələrdə penaltidən vurduğu qollarla cavab veriblər. 68-ci dəqiqədə “Mançester Siti”nin futbolçusu Nikolas Otamendi qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Bununla belə, İngiltərə təmsilçisi Leroy Sanenin 86-cı, Rahim Sterlinqin isə 90-cı dəqiqədə vurduğu qollarla qələbəyə nail olub.
Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki ilk oyunlarında “Roma” İtaliyada Portuqaliya “Portu”suna 2:1, “Tottenhem” İngiltərədə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 3:0 hesabı ilə qalib gəlib. Fransa PSJ-si İngiltərədə “Mançester Yunayted”i 2:0, İspaniya “Real Madrid”i Hollandiyada “Ayaks”ı 2:1 hesabı ilə yenib. “Liverpul” (İngiltərə) – “Bavariya” (Almaniya) və “Lion” (Fransa) – “Barselona” (İspaniya) görüşləri isə qolsuz yekunlaşıb. Cavab görüşləri 12-13 və 19-20 martda keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İdmançı döyüşlərə olmayan ölkənin himni altında çıxacaq
"Qarabağ"ın futbolçusu Türkiyə Super Liqasına transfer olunur
Soyadına görə futbolçuya qırmızı vərəqə göstərdilər
Tokioda keçiriləcək 2020 Olimpiadasında Azərbaycandan nə gözlənilir?
DÇ-2018: İsveçin qələbə arzusu, Xorvatiya ev sahiblərinə qarşı - YENİLƏNİR
“İmkanımız olsaydı, kosovoluları meydanda öldürərdik” - Millimizin üzvü
Türkiyə millisi Şenol Güneşlə yollarını ayıra bilər