“Çelsi”nin futbolçusu Sumqayıta oynamağa gəlir

21 yaşadək futbolçulardan ibarət Finlandiya yığmasının heyəti açıqlanıb.
Minval.info xəbər verir ki, 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq şimallılara 23 oyunçu çağırılıb.
Baş məşqçi Yuha Malinen Azərbaycanla oyuna İngiltərədə çıxış edən futbolçuları da çağırıb. “Çelsi”nin və “Aston Vila”nın qapıçısı Lukas Berqströmlə Vilyami Sinisalo, həmçinin “Fulhem”də çıxış edən Teri Ablade yığmaya dəvət olunub.
Bundan başqa, heyətdə İtaliyanın “Leççe”, Fransanın “Tuluza”, Almaniyanın “Hamburq” və “Frayburq” klublarında çıxış edən futbolçular var.
Qeyd edək ki, Finlandiya U-21 millisi oktyabrın 8-də Sumqayıtda yığmamızla, 4 gün sonra Tampere şəhərində Avstriya ilə görüşəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?