Çavuşoğlu: "Hərbi təyyarələr üçün hava məkanımızı bağlamışıq"
“Türkiyə beynəlxalq hüquqa uyğun şəkildə hərəkət edir. Əvvəldən bəri Rusiyanın Ukraynaya qarşı təcavüzünü qəbul etmədiyimizi bildirmişik. Bunu beynəlxalq platformalarda da söyləmişik. Digər tərəfdən, heç kəs buna “müharibə” demədiyi halda biz bunun müharibə olduğunu söyləyərək Montrö razılaşmasını tam tətbiq etdik”.
“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində söyləyib.
“Lakin Montrö razılaşmasına görə, hava məkanını da bağlaya bilmirik. BMT sanksiyalarıdırsa, biz bunu tətbiq edərik. Ancaq digər tərəfdən, ölkələr sanksiya qərarı verib tətbiq edə bilərlər. Bununla belə, biz hər iki tərəf arasında vasitəçi rolunu oynayırıq. Bizim bu sanksiyalara qoşulmağımız düzgün olmaz. Hava məkanımızı hərbi təyyarələr üçün bağlamışıq, lakin mülki reyslər üçün bağlaya bilmərik”, – XİN başçısı vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!