Cahangirlə Zamirə 42 milyonluq təyyarəni necə alıb? (FOTOLAR)
Caniklə Zamirənin 42 milyon dollarlıq təyyarəsi necə alınıb?
Bir neçə ay öncə Britaniya KİV-ləri xəbər vermişdilər ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın çoxmilyonluq əmlakı arasında özəl “Gulfstream G550” təyyarəsi də var.
Sabiq ekologiya naziri Hüseynqulu Bağırovun çoxmilyonluq ailə biznesi barədə sensasion təhqiqatı ilə məşhurlaşmış azərbaycanlı bloger Cavanşir Həsənli Cahangir Hacıyevin həmin təyyarəni necə əldə etməsi ilə bağlı sənədləri yayımlayıb.
Bu sənədlərə əsasən, ABB-nin keçmiş rəhbəri özəl təyyarəni “Gulfstream Aerospace” korporasiyasına 2011-ci ildə sifariş edib və artıq 2013-cü ildə ona görə 42,5 milyon dollar ödəyib. Müqavilədə o da göstərilir ki, alıcı hər hansı bir səbəbdən təyyarəni almaqdan imtina edərsə, 7 milyon dollar məbləğində cərimə ödəməlidir.
Hazırda qiyməti 65 milyon dollar olan “Gulfstream G550” 2003-cü ildən istehsal olunur. Onun əlavə yanacaq doldurmadan havada qalma müddəti 13-14 saatdır və bu, misal üçün, Moskvadan Los-Ancelesə birbaşa uçmaq imkanı verir. 15500 metr hündürlükdə başqa heç bir uçuş aparatı olmadığı üçün saatda 904 kilometr sürət vaxta qənaət etməyə imkan verir. G550-nin adi sərnişin tutumu 12-14 nəfərdir.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Novella Cəfəroğlu: “Azərbaycan öz iradəsi ilə İlqarı azadlığa buraxdı”
Həmkarlarından Fazil Mustafaya sərt cavablar - Qalmaqal böyüyür
Ukraynada vəziyyət necədir? - MN son durumu açıqladı
Ərdoğan zəlzələdə ölən və yaralananlar haqda danışıb
Dağıstan Azərbaycandan üzr istəyəcək
Qaxda zəlzələ zamanı yaralanan şəxs Bakıya göndərildi: 3 nəfər xəsarət alıb
Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi - FOTO
