“Cənab Prezidentin qərarını gözləyirəm” - Ombudsman Elmira Süleymanova
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Minval.info” “report”a istinadən xəbər verir ki, E.Süleymanova jurnalistlərə açıqlamasında işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözlədiyini deyib.
“Sosial şəbəkələrdə mənim adımın hallandırılması başqa bir məsələdir. Mən bu barədə danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda “rəsmi qərarı gözləyirəm” dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”, – E.Süleymanova vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?