Cəlilabadda narkotiklə saxlanılan şəxsin silsilə cinayətləri üzə çıxdı - FOTO
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar törədən rayon sakinləri saxlanılıb. Saxlanılarkən onlardan birinin üzərindən narkotik vasitə də aşkar edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Alar kənd sakini Kainat Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən üç qrama yaxın narkotik vasitə olan heroin aşkarlanıb.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
K.Əliyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun həmkəndlisi Seymur Hüseynovla birlikdə rayonun Alar və Günəşli kəndlərində ayrı-ayrı vaxtlarda gizli yolla daxil olduqları altı yaşayış evindən ümumilikdə 7700 manat dəyərində pul və qızıl zinət əşyaları oğurladıqları müəyyən olunub.
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov da saxlanılıb və hər iki şəxs istintaqa təhvil verilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə K.Əliyevə narkotik vasitəni satan şəxs, Cəlilabad şəhər sakini Elməddin Quliyev də müəyyən edilərək saxlanılıb.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək