Cəbhədə yaralanmış erməni hərbçilər ağır vəziyyətdədir - FOTO

Martın 19-da baş vermiş döyüşdə ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib.
Martın 19-da cəbhənin Goranboy rayonu istiqamətindəki toqquşma nəticəsində yaralanmış erməni əsgərlərdən 2-sinin vəziyyəti ağır olaraq qalır.
Minval.İnfo Modern.az-a istinadən xəbər verir ki, yaralı hərbçilərdən bir neçəsi Xankəndindəki hərbi hospitalda müalicə olunur, ağır vəziyyətdə olan bir zabit və bir əsgər isə Yerevana aparılıb. Bunlar leytenant Sərkis Qabrelyan və əsgər Edqar Matirosyandır.
Bu arada Dağlıq Qarabağdakı separatçı rejimin “rəhbəri” Bako Saakyan Xankəndində müalicə olunan yaralı əsgərlərə baş çəkrərək, onlara ürək-dirək verməyə çalışıb. Bundan başqa, o, ölən erməni əsgərlərin valideynlərinin sakitləşməsi üçün onları “medal”la təltif edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 19-da baş vermiş döyüşdə ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib və yaralanıb.
Ermənistan tərəfi isə 3 əsgərin öldüyünü, 4-nün yaralandığını etiraf edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlqar Məmmədovla həbsxanada görüş - Azad edilməsi gözlənilir
Avropanın iki ölkəsi birləşir: bəyannamə qəbul edildi
“Biz Ermənistanla sərhədləri açmaq istəyirik”
Zaxarovanın İrandakı bu fotosu maraqla qarşılandı
Azərbaycanlı aktrisa qarlı havada soyundu - FOTOLAR
Ukraynanın yeni prezidenti Vladimir Zelenski kimdir?
Ərdoğan Böyük Brtianiya Kralı III Çarlzla telefon danışığı aparıb