Əbülfəz Elçibəy - 80 yazı müsabiqəsinə start verildi
“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə “ELÇİBƏY-80” yazı müsabiqəsi elan edir. Müsabiqədə istənilən şəxs iştirak edə bilər.
Müsabiqəyə yazılar 12 min işarədən artıq olmamaq və indiyə qədər heç bir yerdə çap edilməmək şərti ilə təqdim edilməlidir. Elektron portallarda, saytlarda və ya qəzetdə sonluğunda “Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir” qeydi ilə birlikdə çap edilmiş və ya sayta yerləşdirilmiş yazılar daha sonra münsiflər heyətinə təqdim edilməli və ya [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə 15 iyun 2018-ci ildə başa çatır. Mükafatlandırılma mərasimi 20 iyun 2018-ci il tarixə nəzərdə tutulur.
Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu:
1 1-ci yer üçün 1 500 manat
1 2-ci yer üçün 1 000 manat
1 3-cü yer üçün 5 00 manat
10 həvəsləndirici yer üçün hərəyə 100 manat
Yazı Müsabiqəsinin münsiflər heyəti:
1. Ədalət Tahirzadə
2. Sabir Rüstəmxanlı
3. Ramiz Rövşən
4. Rüstəm Behrudi
5. Mehriban Vəzir
6. Qulu Məhərrəmli
7. Rauf Arifoğlu
8. Mehman Əliyev
9. Əvəz Zeynallı
10. Cavid İsmayıl
11.Çingiz Özgür
Əlaqa telefonları: 070-342-13-50; 050-320-49-27
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan bazarında Ermənistan məhsulları: Yeni dövr başlayır
Bakıda yağış və külək həyatı iflic etdi
Boşanma sonrası 93 min uşaq tək valideynlə yaşayır
Payız endirimləri: Bölgələrdə qiymətlər 50% ucuzlaşır!
Əhmədin 627 ballıq uğur hekayəsi!
Bakıda leysan və şimşəkli hava gözlənilir
Azərbaycanda 28 məktəbdə yeni peşə sinifləri açılır
