"Bu, xalqa, vətandaşa və tariximizə böyük hörmətsizlikdir" - FOTOLAR
İsmayıllı rayonunun Lahıc qəsəbəsində qazlaşdırılma işləri aparılır. Lakin aparılan işlər turizm zonasının tarixini görünüşünə kobud şəkildə xələl gətirir.
Minval.info-nun xəbərinə görə, bu barədə Lahıc sakinləri məlumat verib. Onların fikrincə, kəndə çəkilən qaz xətləri yerin altı ilə aparılmadığı üçün qəsəbənin tarixi görünüşünü pozur.
Sakinlər işlərin belə aparılmasına təəssüf edirlər və tez bir zamanda məsələnin həll olunmasını tələb edirlər:
“Lahıc qədim mədəniyyətə malik gözəl bir məkandır. Lazımi orqanlar bunu nəzarətə alıb tədbir görsünlər. Məlumata görə Dəmirçi kəndində də belə olub. Lakin sonradan cənab Prezident məsələdən xəbərdar olan kimi, dərhal sökülüb yerin altı ilə çəkilib. Ümid edirik, bu bir xalqın nümayəndəsi kimi hamımızı narahat etməlidir. Gözəl, qədim yurdumuzun öz köhnə görünüşünü saxlamaq hamımızın borcudur”.
Sakinlər hesab edir ki, dövlət layihəsini belə tərzdə həyata keçirmək xalqa, vətandaşa və tariximizə böyük hörmətsizlikdir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Heç kəs bir il ərzində həyatın normala dönəcəyini gözləməməlidir”
Cahangir Hacıyevlə bağlı yeni xəbərlər
İcra başçısının sərvəti və satdığı mülklər - FOTOLAR
Bakı metrosunda yeni stansiya - “8 Noyabr”
General “Əməkdar jurnalist”ə vəzifə verdi
Deputat istəyinə nail oldu: “Popkorn” satıcısı keçiddən çıxarıldı (FOTO)





