08.07.2021 - 12:20
Səhiyyə
18 baxış
Bu şəxslərin bir doza vaksin vurdurması kifayətdir

“6 ay əvvəl koronavirusa yoluxmuş şəxslərin hazırda bir doza vaksin vurdurması kifayətdir”.
Minval.info xəbər verir ki, bu barədə APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur:
“Amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.
Həmçinin peyvəndlənmiş vətəndaşlar ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
19.09.2026 - 12:23
Kartof və makaron ürək üçün təhlükədir!
18.09.2026 - 22:09
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
18.09.2026 - 21:34
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
18.09.2026 - 21:27
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
17.09.2026 - 13:08
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
16.09.2026 - 16:00
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
13.09.2026 - 20:14
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
13.09.2026 - 16:02