Bu ərazilərdə qaz fasilələrlə olacaq
Noyabrın 9-da Xətai rayonu Zakir Yusifov küçəsində aparılacaq asfaltlama işləri çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi də həmin yolda köhnə kəmərin yenisi ilə dəyişdirilməsi işlərini icra edəcək.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılıq da əldə olunub. Bununla da yol çəkilişi ilə qaz xəttinə dair təmir prosesinin eyni zamanda təşkili yenicə çəkiləcək asfalt örtüyünün qorunmasına səbəb olacaq və bu proses üçün bundan sonra təkrar qazıntı aparılmasına ehtiyac qalmayacaq.
Bu zaman yol keçidindəki yeraltı 325 mm diametrində polad boru 315 mm diametrində polietilen boru ilə əvəzlənəcək. Səhər saat 09:00 radələrində başlanılacaq işlər zamanı Xətai rayonunun NZS qəsəbəsi, Rəşid Bağırov, Yavər Əliyev, Aşıq Qurban, Süleyman Əhmədov, İlqar Həbibov küçələrində bir qrup abonentin qaz təchizatında müvəqqəti olaraq (təqribən 4 saat müddətinə) fasilələr müşahidə olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?