"Bu, Kim Çen İn rejiminin sonu olacaq"
Şimali Koreyanın ABŞ və ya müttəfiqlərinə qarşı nüvə hücumu Kim Çen İn rejiminin sonuun çatmasına gətirib çıxaracaq.
Bakupost.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Cənubi Koreyanın Müdafiə naziri Li Çon Sopla görüşündə səsləndirilib.
“Birləşmiş Ştatlara, onun müttəfiqləri və tərəfdaşlarına qarşı hər hansı nüvə hücumu, o cümlədən qeyri-strateji nüvə silahlarından istifadə qəbuledilməzdir və Kim rejiminin sona çatması ilə başa çatacaq”, – deyə noyabrın 3-də ABŞ və Cənubi Koreyanın müdafiə nazirliklərinin görüşünün nəticələrinə dair Pentaqonun internet saytında dərc olunmuş press-relizdə deyilir.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ və Cənubi Koreya Şimali Koreyanın artan nüvə təhlükələrinə qarşı mübarizəni daha effektiv etmək üçün müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməyi planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl KXDR Yapon dənizinə doğru bir neçə ballistik raket atıb.
Cənubi Koreya Şimali Koreyanın bu addımına cavab olaraq üç raket buraxıb. Seul həmçinin “düşmənə dəqiq zərbə endirməyə” hazır olduğunu bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı