Bu insanlara 3-cü doza daha vacibdir

Epidemilogiyada əlavə doza əvvəlki təcrübələrdə də olub. Bu, əldə olunmuş immunitetin daha uzun müddət davam etməsi üçün tövsiyə olunur.
Minval.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Yaqut Qarayeva bildirib ki, ən böyük ehtimal vaksinin effektivliyinin 6-8 ay müddətində təsdiqlənməsidir: “Ona görə də bütün elm aləmi düşünür ki, 6 aydan sonra əlavə doza verilsin. Artıq bu haqda “Sinovac” şirkəti rəsmi məlumat da yayıb. Xüsusilə yaşlı insanlara vacib sayılır.
Yaşlı insanlar əlavə dozanı vurduqda qanda olan immunoqlobin sayı artır. Ona görə də tövsiyə edirik ki, yaşlılar, immun problemi olanlar, tibb işçiləri 6 ay keçəndən sonra əlavə 1 doza da vurdursalar, daha effektiv olar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır