“Bu hadisə xainlər tərəfindən törədildi” - Əli Həsənov
“2016-cı il 15 iyulda Türkiyədə baş verən hadisələri çox həyəcanla izlədik. O gün Azərbaycan yatmadı. Hadisələri seyr etməklə yanaşı, Türkiyə hökumətinə dəstəyimizi də göstərdik. “Tək millət, iki dövlət” formulu həmin günlərin sınağından şərəflə çıxdı. Sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik”.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə səfirliyində 15 iyul hərbi çevriliş cəhdinin 2-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində çıxışında deyib.
Ə. Həsənov Türkiyədəki hadisələrin 20 yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkib: “Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdilər. Millətin üzərinə getmək olar, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz. Milli iradə ilə mili lider, milli iqtidar birlikdə olanda bu, mümkün deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
11 sentyabrın 25-ci ildönümü: Müharibəsiz ilk anma
Ukrayna sərhəddə xüsusi rejim tətbiq edir
BMT Yəmən üçün təcili iclas çağırır
Husilər Əl-Moxa liman şəhərini ələ keçirdi
Əli Əsədov səfərbərlik ehtiyatları qərarını imzaladı
Trampdan Talibana: 7 milyardlıq silahı qaytarın!
Paşinyan qorxur: Rusiya-Ermənistan münasibətləri gərgin qalır
