“Bu həbs icra başçılarına ciddi bir siqnaldır”
Hüquqşünas Aslan İsmayılov Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlunun rüşvət alarkən saxlanılmasına münasibət bildirib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.İsmayılov qeyd edib ki, bu faktın özü hakimiyyətin hansısa müsbət dəyişiklik etməsinə ciddi bir işarədir: “Son vaxtlar Prezident İlham Əliyev yeni icra başçıları təyin edərkən kim qanun pozuntusuna yol verəcəksə ciddi cəzalanacaqlarını deyirdi. Baş verən hadisə deyilənlərin tək söz olmadığını göstərdi. Bu günə qədər nəinki icra başçısı, onun müavini, heç sıravi əməkdaşı da həbs olunmamışdı. Bu artıq yerdə olan icra başçılarına ciddi bir siqnaldır.
İkinci səbəb daha maraqlı və bir az da şəxsidir. Təxminən bir ay bundan əvvəl Ağstafanın Sadıxlı kəndinin bərbad yolları ilə bağlı video paylaşmışdım. Bir neçə gün sonra kənddən qohumlarım zəng edib yolu qreyderlə düzəltdiklərini dedilər. Çox sevinmişdim ki, zülm çəkən kənd camaatına az da olsa kömək etdim. Az sonra öyrəndim ki, bütün texnikanı təcili kənddən çıxarıblar. Araşdırdıqda məlum oldu ki, məni yaxşı tanıyan, görüşəndə “Qağa mənə bir tapşırığın” deyən başçının müavini Ramiz Tatarov yol idarəsinin rəsinin başına oyun açıb ki, niyə qatı müxalifətçi Aslan İsmayılovun kəndinin yollarını təmir etdirirsən. Həqiqətən çox üzülmüşdüm, ona görə ki, bu gün də yol idarəsinin rəisinin kim olduğunu bilmirəm. Həmin Tatarov, başçılar dəyişsə də uzun illərdir ki, faktiki rayonu tək idarə edirdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şənbə gününə olan hava proqnozu açıqlanıb
Əhalinin artan narahatlığı - Dollar yenidən bahalaşacaq?
Bürclər - 21 mart
Nazirlər Kabineti: Dövlət 10 milyon maska ehtiyatını təmin edib
Sabah Bakının bu rayonlarında qaz olmayacaq
Babək prospekti bağlanır
Ramil Usubov yeni polis rəisi təyin etdi