“Bu Azərbaycanın “El Klasiko”sudur” - Dario
“Bu, 6 xallıq oyun idi. Rəqib ən yaxın izləyicimizdir və bir pillə aşağıda qərarlaşıb. Yəni qalib gəlməklə, xal fərqini artıracağımızı anlayırdıq. Buna görə də oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Həm də deyərdim ki, bu, Azərbaycanın “El-Klassiko”sudur”.
Bu sözləri “Neftçi”nin futbolçusu Dario Frederiko Topaz Premyer Liqanın 9-cu turundan ötən gün “Qarabağ”la keçirilən oyundan (3:1) sonra klubun rəsmi saytına açıqlamasında deyib.
“Qarabağ”ı güclü rəqib adlandıran braziliyalı yarımmüdafiəçi Ağdam klubunu yaxşı analiz etdikləri üçün qələbə qazandıqlarını bildirib: “Rəqibin gücünə, futbolçularının fərdi keyfiyyətinə bələd idik. Məşqçilərimiz həftəboyu rəqibin zəif nöqtələrini düzgün analiz etmiş, bunu bizə düzgün çatdırmışdılar. Biz də çalışdıq ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirək. Çox şadam ki, bu bizdə yaxşı alındı və istədiyimiz nəticəni əldə edə bildik. Qələbə münasibətilə azarkeşlərimizi, bütün “Neftçi” camiəsini təbrik edirəm. Artıq sabahdan növbəti oyun haqda düşünməliyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?