Bu avtomobillər gömrük rüsumundan azad edildi
Bu gündən Azərbaycanda sürücü də daxil olmaqla tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları qüvvəyə minib.
“Minval.info” xəbər verir ki, Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərarına əsasən, bu gündən həmçinin məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib.
Sıxılmış qazla hərəkətə gətirilən, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq. Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda çörəkdə təhlükəli xəstəlik aşkarlandı
Usta məhkəməyə verildi - təmir etdiyi soyuducu işləmədiyi üçün
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev bu yolların tikintisinə 11 milyon ayırdı - SƏRƏNCAM
XİN məlumat yayıb
“6 milyonu ödəməyə hazıram” - Vilyam Hacıyev