22.11.2026 - 15:34
Fransada prezidentliyə namizəd Ruffin yarışdan çəkildi
Dünya 387 baxış

Fransada prezidentliyə namizəd Ruffin yarışdan çəkildi

Fransada sol siyasi qanadın önəmli fiqurlarından biri olan Fransua Ruffin, 2027-ci il prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb. Ruffin, Boyun Əyməyən Fransa (LFI) partiyasından ayrılaraq öz partiyasını qurmuş və seçkilərdə iştirak niyyətini bəyan etmişdi.

Minval.info xəbər verir ki, Ruffin ABŞ mərkəzli X şirkətinin sosial media platformasında etdiyi açıqlamada, “Prezident seçkilərinə görünməzlərin, işçilərin və xüsusilə qadın işçilərin səsini duyurmaq, ümid və zəfər yolu çəkmək üçün namizədliyimizi irəli sürdük. Sol qüvvələr arasında birliyi dəstəkləmək məqsədilə müəyyənedici və əhatəli ön seçki yolu təklif etdik” ifadələrini işlədib.

Lakin sol cəbhədə ön seçki təklifinin rədd edilməsi səbəbindən siyasi bir çıxmaza düşdüyünü bildirən Ruffin, “ön seçkinin rədd edilməsi sol daxilində uzlaşmazlığın təsdiqləndiyi” şərhini verib. O, bu vəziyyətin Ulusal Birlik (RN) partiyasının hakimiyyət şansını artırdığını vurğulayıb.

Ruffin, “ən pis” olaraq adlandırdığı Marine Le Pen-in qalib gəlmə riskinə qarşı namizədlikdən çəkildiyini açıqlayıb.

Yarışın favoritləri Le Pen ilə Melenchon

Fransada gələn il keçiriləcək prezident seçkilərində, iki dövr ardıcıl prezidentlik edən Emmanuel Makron yenidən namizəd ola bilməyəcək. Seçkilərin ilk turu 18 aprel, ikinci turu isə 2 may tarixlərində keçiriləcək. İctimai rəy sorğuları, ilk turda yarışın RN namizədi Marine Le Pen və LFI namizədi Jan-Lyuk Melenchon arasında keçəcəyini göstərir.

İlk turda hər hansı bir namizədin səslərin 50 faizini ala bilməməsi halında, ən çox səs toplayan iki namizəd ikinci turda yarışacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: