22.11.2026 - 14:54
İstanbulda 9 mərtəbəli binada qaz dəhşəti: 16 nəfər zəhərləndi
Hadisə 352 baxış

İstanbulda 9 mərtəbəli binada qaz dəhşəti: 16 nəfər zəhərləndi

İstanbulun Pendik rayonunda yerləşən bir yaşayış binasında qaz sızması nəticəsində 16 sakin zəhərlənib. Publika.az-ın “Haber Global”a istinadən verdiyi məlumata görə, hadisə 9 mərtəbəli binada baş verib.

Zəhərlənən şəxslər dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları, təcili yardım briqadaları və qaz idarəsinin işçiləri cəlb olunub. Zəhərlənmə təhlükəsi səbəbindən binanın digər sakinləri də təxliyə edilib və bina giriş-çıxış üçün müvəqqəti bağlanıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Mütəxəssislər qazın sızma səbəbini müəyyən etməyə çalışır.

UNEC-in tələbəsi vəfat etdi ƏLAQƏLİ
Bunu da oxu

UNEC-in tələbəsi vəfat etdi

22.11.2026 - 14:14
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: