1,3 milyon miqrant Avropa İttifaqına üz tutacaq
Avropa İttifaqına gələn miqrantların sayı 2027-ci ildə 2015-ci ildən bəri ən yüksək həddə çatacaq. Publika.az xəbər verir ki, bu barədə Avropa ölkələrinin miqrasiya sahəsində fəaliyyət göstərən analitik mərkəzlərinin ekspertləri proqnoz verib. Mütəxəssislərin fikrincə, gələn il İttifaqın xarici sərhədlərini keçən insanların sayı 1,3 milyon nəfəri ötə bilər.
Artımın əsas səbəbləri sırasında Yaxın Şərq və Afrikada davam edən silahlı qarşıdurmalar, iqtisadi böhranlar və iqlim dəyişikliyi ilə bağlı quraqlıq göstərilir. Bundan əlavə, insan alverçilərinin şəbəkələrinin genişlənməsi və Aralıq dənizi marşrutlarında nəzarətin zəifləməsi də axını artıran amillərdəndir.
Ekspertlər, həmçinin bəzi Avropa ölkələrində işçi qüvvəsinə olan təlabatın artmasının da miqrantları cəlb etdiyini vurğulayır. Proqnozlara görə, ən çox müraciət Almaniya, Fransa, İtaliya, İspaniya və Yunanıstana ediləcək. Bu, üzv dövlətlərin qəbul sistemləri üzərində əlavə yük yaradacaq və sığınacaq prosedurlarının uzanmasına gətirib çıxara bilər.
Avropa Komissiyası isə miqrasiya və sığınacaq haqqında yeni paktın tətbiqinin sürətləndirilməsinin vacibliyini bildirib. Brüsseldə keçiriləcək növbəti sammitdə bu məsələnin əsas mövzulardan biri olacağı gözlənilir. Sərhəd xidmətləri gələn il üçün əlavə maliyyə və təchizat tələb edir, çünki resurslar artan axını qarşılamaq üçün kifayət etməyə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada prezidentliyə namizəd Ruffin yarışdan çəkildi
İki kosmik aparat Merkurinin orbitinə daxil oldu
Rusiyadan Ukraynaya art arda PUA hücumları
Fransada yaşam xərclərinə qarşı kütləvi etirazlar davam edir
Dünyanın yeni mini Ayı: 2026 QQ8-in təbii mənşəyi təsdiqləndi
İsrail və ABŞ İranla bağlı ortaq planlar hazırlayır
Yunanıstanda "Mavi Vətən" təşvişi: Ankara yeni addımlar atır