Braziliya-Argentina matçında qalmaqal - Oyun dayandı
2022-ci il Dünya Kuboku Cənubi Amerika seçmə mərhələsi üzrə Braziliya-Argentina matçında qalmaqal yaşanıb.
“Minval.info” xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin rəsmiləri oyundan bir neçə dəqiqə sonra meydana daxil olaraq COVİD-19-la bağlı protokol qaydasını pozduğu üçün Argentina millisinin İngiltərədən gələn oyunçularının heyətdən çıxarılmasını tələb edib. Bu tələb isə matçın yarımçıq dayandırılmasına səbəb olub.
Belə ki, buna etiraz edən Argentina millisi meydanı tərk edərək soyunma otağına keçib. Daha sonra Argentina Futbol Federasiyası matçın dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, Braziliya səhiyyə nümayəndələri Emiliano Martinez, Сovani Lo Çelso, Kristian Romero, Emiliano Buendianın heyətdən çıxarılmasını və ölkədən kənarlaşdırılmasını tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?