Böyrəyini satmaq istəyən şəxsə 6000 manat cərimə
Azərbaycanda böyrəyini satmaq istəyən bir şəxs 6000 manat məbləğində cərimələnib. Bu barədə Xətai Rayon Məhkəməsi qərar çıxarıb.
Minval.info xəbər verir ki, cərimələnən şəxs Abşeron Rayon Məhkəməsinə müraciət edərək cərimənin icrasının 6 ay müddətinə təxirə salınması və hissə-hissə ödənilməsinə icazə verilməsini xahiş edib. Hazırda Ali Məhkəmənin baxışında olan cinayət işi üzrə məhkəmələr onu böyrək alqı-satqısına cəhd etməkdə təqsirli biliblər.
Qərardan narazı qalan Valeh Qasımov (ad-soyad şərtidir) bildirib ki, 6000 manat cərimə ədalətsizdir. O, maddi sıxıntılar səbəbindən böyrəyini satmaq istədiyini və cəriməni ödəmək üçün yenidən böyrəyini satmaq məcburiyyətində qalacağını vurğulayıb. Şikayətçi, həmçinin himayəsində bir azyaşlı uşağın olduğunu və aldığı əmək haqqının yarısının kredit borcuna yönəldiyini qeyd edib.
Valeh Qasımov məhkəməyə ərizə ünvanlayaraq şikayəti ilə bağlı təkrar müraciət edəcəyini bildirib və hazırki ərizənin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Hakim Abusət Qasımov şikayətçinin ərizəsini təmin edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda avtomobildən 78 min manat oğurlandı
Avstraliyada 1,2 milyon dollarlıq qoyun oğurluğu!
Biləsuvarda borc istəyən qadın döyüldü
Bakıda "cin çıxaran" qadın dələduzluqda tutuldu
Mexikoda tanınmış bəstəkar və ailəsi qətlə yetirildi
MİDA-dan ev vədi ilə dələduzluq: 2 il cəza
Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldı