"Boccia" idman növü üzrə "SeniCup" Azərbaycan Çempionatı "Zəfər Turniri" baş tutub
13 dekabr “Boccia” idman növü üzrə “SeniCup” Azərbaycan Çempionatı “Zəfər Turniri” keçirilib.
Tədbir Milli Paralimpiya Komitəsi, Boccia İdman Federasiyası təşkilatçılığı və “Seni” firmasının dəstəyi ilə “Boccia” idman növü üzrə ölkə çempionatının final mərhələsi Bakı İdman Sarayında baş tutub.
Açılış mərasimi Boccia İdman Federasiyanın idmançıları və Vətən müharibəsinin qaziləri ilə birlikdə “Hərbi parad” və Dövlət Himninin səslənməsi ilə davam edib.
Final mərhələsinə qədər idmançılar 1 saylı imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yarışın seçmə mərhələsində iştirak ediblər.
Yarışda müxtəlif regionlardan 50-dən çox müxtəlif kateqoriyalı idmançılar öz güclərini sınayıblar.
Tədbirdə Milli Məclisin deputatları, incəsənət xadimləri idmançılar, paralimpiyaçılar, Vətən müharibəsinin qaziləri iştirak edib.
Yarışın sonunda qalib olan idmançılar rəsmilər tərəfindən hədiyyə və diplomlarla təltif olundu.
Tədbir xatirə şəkli çəkdirildikdən sonra yekunlaşıb.
Yazı/Foto: Anar Əhməd, Ləman Rüfətqızı
Minval.info





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4