Hüseyn Həsənova qiyabi həbs cəzası verildi – Milyonluq mənzili müsadirə olundu
Moskvanın Presnenski Məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində qiyabi hökm çıxarıb.
Minval.info xəbər verir ki, məhkəmənin qərarına əsasən, Həsənov maliyyə vəsaitlərinin leqallaşdırılması ilə bağlı cinayət işi çərçivəsində 4 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 1 milyon rubl məbləğində cərimə ödəməli və 2 il müddətində internetdə hər hansı məzmun paylaşmaq hüququndan məhrum edilib.
Bundan başqa, bloqerin Moskva-Siti kompleksində yerləşən və dəyəri 46 milyon rubl olan mənzilinin dövlət nəfinə müsadirə edilməsi barədə qərar qəbul olunub.
İstintaqın məlumatına görə, Hüseyn Həsənov fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə 170 milyon rubldan artıq vergi ödəməkdən yayınmaqda ittiham olunur. Bu istiqamətdə araşdırmalar davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş