Bizon 13 həftədə 13 avtomobil hədiyyə etdi
Azərbaycanın tanınmış içki markası ‘Bizon’, yay mövsümündə həyata keçirdiyi ’13 həftə, 13 avtomobil’ lotereya kampaniyasını uğurla başa çatdırdı. Kampaniya çərçivəsində hər həftə bir avtomobil oynanıldı və nəticədə 13 iştirakçı ‘Changan Q05’ avtomobilinin sahibi oldu.
Minval.info xəbər verir ki, iyunun 1-dən avqustun 30-dək davam edən bu kampaniya, istehlakçılar arasında böyük maraqla qarşılandı və Azərbaycan qida sektorunda keçirilən lotereya kampaniyaları arasında rekord iştirak göstəricisi ilə seçildi. İstehlakçılar, lotereya dizaynlı ‘Bizon’ məhsullarını alaraq qapaq altındakı xüsusi kodları qeydiyyatdan keçirməklə həftəlik tirajlarda iştirak etmək imkanı qazandılar.
Lotereyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tirajların şəffaf və açıq şəkildə keçirilməsi idi. Hər həftənin qalibi ‘Bizon Energy’ YouTube kanalında canlı yayım vasitəsilə müəyyənləşdirildi və iştirakçılar seçim prosesini real vaxt rejimində izləyə bildilər. Kampaniya boyunca avtomobil qazanan 13 qalibin adları belədir: Fuad Zeynalov, Teymur İsmayılov, Kənan Məlikli, Tahir Allahverdiyev, Nəsimi Quliyev, Salman Səmədov, Xanım Həmidova, Tamerlan Əsədov, Əfsanə Əhmədzadə, İlqar Mustafayev, Rasim Qasımov, Mətanət Abbasova və Məleykə Nəsibova.
Bütün qaliblərə qazandıqları avtomobillər rəsmi şəkildə təhvil verildi. Beləliklə, 13 həftəlik kampaniya 13 avtomobilin 13 fərqli qalibə təqdim olunması ilə yekunlaşdı. ’13 həftə, 13 avtomobil’ kampaniyası, ‘Bizon’un istehlakçılarla birbaşa ünsiyyətini və onların marka ilə bağlı təcrübəsini gücləndirən layihələrdən biri kimi yadda qaldı. Kampaniyanın geniş auditoriya tərəfindən izlənilməsi, tirajların canlı yayımlanması və qaliblərin hər həftə şəffaf şəkildə müəyyənləşdirilməsi lotereyaya olan marağın davamlı şəkildə qorunmasına imkan verdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maarifçi təcrübəsi: Naxçıvanda gənclərə yeni perspektivlər
Lerikdə 3.1 bal gücündə zəlzələ baş verib
Bakı metrosunda yeni dəmir yolu marşrutu təqdim edildi
Sumqayıt sakinləri zibillikdən bezib: Vəziyyət dözülməzdir!
İnternet bahalaşır: Sürət artır, keyfiyyət sual altındadır
Kəmaləddin Heydərov könüllüləri təltif etdi
Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı