"Biznesi də yoxdur ki, onunla məşğul olsun..."
Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədovun Daxili İşlər Nazirliyində çalışmış oğlu, polkovnik-leytenant İsmayıl Məmmədov təqaüdə göndərilib.
Minval.İnfo xəbər verir ki, Novruz Məmmədov Qaynarinfo-ya açıqlamasınsa hazırda oğlunun hansı işlə məşğul olmasından danışıb.
“Oğlum öz istəyi ilə ərizə yazaraq təqaüdə çıxıb və bundan sonra hər hansı bir vəzifə tutmaq fikri yoxdur. Özüm də onun işlərinə qarışmıram. Deyirdi “ata alacağım təqaüdlə maaşım arasında fərq azdır”. Ona görə, təqaüdü seçdi. Hazırda heç bir işlə məşğul deyil. Vaxtını ailəsinə, övladlarına sərf edir” , – deyə Novruz Məmmədov bildirib.
Sabiq Baş nazir övladının biznesinin olmadığını da deyib:
“Oğlumun elə bir biznesi də yoxdur ki, onunla məşğul olsun. Bundan sonra da çətin ki, olsun. Bu asan iş deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu