"Bizi "Qarabağ"la çətin oyun gözləyir" - Rəqib danışdı

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel”in meneceri Filipp Kaufmann Ağdam təmsilçisi ilə matç öncəsi fikirlərini bildirib.
Minval.info xəbər verir ki, Kaufmann İsveçrə mətbuatına açıqlamasında deyib:
“Oteldə qalacağıq. Yalnız məşq və oyun üçün oteldən ayrıla bilərik. Azərbaycanda qaydaların bir az sərt olduğunu bilirik. Buna baxmayaraq, biz bir neçə günlük gəlmişik və bunun bizim üçün böyük əhəmiyyəti yoxdur. Rəqibi təhlil etmişik. Bizi “Qarabağ”la çətin oyun gözləyir. Qələbə qazana bilərik. Bizim üçün önəmli oyundur. Konfrans Liqasında daha irəli getmək istəyirik. Sıx qrafikdə oynayacağıq. Buna baxmayaraq, hər oyunda mümkün qədər yaxşı performans sərgiləməyə çalışırıq”.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Bazel” oyunu saat 20:45-də start götürəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AVRO-2020: UEFA-nın Kopenhagendə bron etdiyi otel boşaldıldı
"Real"dan "Mançester Siti"yə ağır zərbə
Tofiq Musayev Həbib Nurməhəmmədovla bir siyahıda yer aldı
Azərbaycanda məşhur idmançı vəfat etdi - FOTO
Türkiyə klubunun azarkeşləri Namik Ələskərovun oynamamasına etiraz edib
“Liverpul” Kloppa “qal” dedi