“Biz insanların küçədə halva paylamasına qarışa bilmərik” - Rəsmi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına münasibət bildirib.
“Report”un xəbərinə görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, insanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
O qeyd edib ki, İmam Hüseyn əzadarlığının birinci ili deyil: “Bu, hətta Sovet dövründə də var idi, indi də var. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacam, kimsə deyir halva paylayacam, bəziləri hədik paylayır. İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu insanların şəxsi istəyidir və bununla təskinlik tapır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
