19.01.2022 - 12:49
Ölkə
14 baxış
“Bir kadr rüşvətdə ittiham olunursa, deməli Prezidenti aldadıblar” - Fazil Mustafa
“Kimisə yeni kadr kimi gətirmək yerinə, sadəcə elə bir mexanizm qurmaq lazımdır ki, bir məsləhətləşmə modeli olsun. Təkliflər alınsın, Milli Məclisdə səsləndirilən fikirlər nəzərə alınsın. Bunlar olmasa, elə bu variantda da gedəcək və heç bir sahədə də ümumi islahatlar olmayacaq”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili qeyd edib ki, Qarabağın iqtisadi problemləri ilə bağlı məcburi köçkünlərin öndə gedən insanları ilə müzakirələr aparılmalıdır:
“Amma edə bilmirik, çünki müzakirə yoxdur. Biz bunları dilə gətiririk, amma sözü eşidən bir mühit yoxdur, yəni sözümüzün eşidildiyi mühit yoxdur. Vicdan borcu olaraq bunları deyirik, ancaq gedişat bu formadadır. Prezident də bundan gileylənir. Mən həmişə deyirəm, bir kadr tutulursa, baxın görün onun təqdimatını kim verib? Bir kadr rüşvətdə ittiham olunursa deməli Prezidenti aldadıblar. Kim aldadıb onu, araşdırmaq lazımdır və bu hansı mexanizmdir ki, Prezidentə yalan, keyfiyyətsiz, qabiliyyətsiz adamları təqdim edirlər. Bunu həll etməliyik. Cəmiyyətdə bu məsuliyyəti yaratmalıyıq ki, hər bir yerə uyğun adam gəlsin”.
Fazil Mustafa bildirib ki, hazırda ölkədə idman sahəsində vəziyyət ürəkaçan deyil. Çünki bu sahəni bilən adamlar kənarda qalıb: “Turizm bərbad vəziyyətdədir. Çünki burada da bilən adamlar kənarda və bilməyənlər işin başındadır. Eynilə yolların vəziyyəti də belədir. Quba yoluna nə qədər sərvət ayrıldı, amma nəticədə yol bərbad gündədir. Bir çox sahələrdə acınacaqlı durumdur və bunu düşünmək lazımdır. Gedişat xoşagələn deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
14.09.2026 - 11:17
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
14.09.2026 - 10:56
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
14.09.2026 - 10:07
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
14.09.2026 - 10:00
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
14.09.2026 - 09:25
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
14.09.2026 - 08:50
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
13.09.2026 - 21:17
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
13.09.2026 - 19:25