"Belə yollarda sağ qala biliriksə, bu, sadəcə, möcüzədir" - Ekspertdən sərt tənqid - Fotolar
“Bakının Bəşir Səfəroğlu və ona paralel küçələrdə yolu daraldıb piyada səkisini genişləndirdilər. Çoxları, eləcə də mən buna etiraz etdik. Dövlət qurumları heç kimi saymadı, öz bildiyini etdi”.
Minval.info xəbər verir ki, yol-nəqliyyat ekspert Elməddin Muradlı paytaxtın mərkəzi küçələrində yeni salınan piyada səkiləri barədə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl həmin küçədə yanğın baş verib və yanğınsöndürən maşınlar əraziyə girə bilməyib: “Çünki dönmə bucaqları elə qoyulub ki, iriqabaritli maşınlar dönə bilmir. Təsəvvür edin ki, başqa küçədə dayanıb borunu güc-bəlayla bir-birinə calaq edib yanğını söndürüblər”.

Ekpert həmçinin hazırda həmin küçələrə təcili yardım maşınlarının getmədiyini vurğulayıb. Elməddin bəy bunu maşın saxlamağa yerin olmaması ilə izah edib.
“Mən demişəm, yenə də deyirəm, biz bu cür təfəkkürlə işləyənlərin çəkdiyi yollarda sağ-salamat qala biliriksə, bu, sadəcə olaraq möcüzədir” – Muradlı sonda bildirib.
Samir Mirzə / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?


