BDU yeni rektor təyin edilməsi barədə məlumatlara münasibət bildirib
Bakı Dövlət Universitetinin mətbuat xidməti sosial şəbəkələrdə bu təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə məlumatlara münasibət bildirib.
Minval.info xəbər verir ki, universitetdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə yayılan məlumatlar düzgün deyil.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə Trend-ə bildirib ki, hazırda BDU-nun rektoru vəzifəsinin icrasını universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva həyata keçirir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov noyabrın 15-də vəzifəsindən azad edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi