Baş prokurorluq Gəncə hadisəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Baş Prokurorluq İyulun 3-də Gəncə şəhərində baş verən cinayət hadisəsində şübhəli şəxs qismində təqsirləndirilən Yunis Səfərovun guya təsir və təzyiqlərə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.
Minval.İnfo xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, bəzi internet informasiya resurslarında iyulun 3-də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun təsir və təzyiqlərə məruz qalması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.
Belə ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə vermiş, onun müdafiə və sair hüquqları tam təmin olunmuş, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansısa şikayət və müraciətləri daxil olmamışdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Odessa yaxınlığında dron hücumu: İki azərbaycanlı həlak oldu
Qənirə Ataş: "Ölənləri günahlandırmaq ədalətsizlikdir
Zərdabda ad günü sevinci faciə ilə bitdi
90 yaşın sirri: Qəhvə, çəki və idman
Xocalıda ANAMA əməkdaşı minaya düşdü, xəsarət aldı
Qaxda BMW ağaca çırpıldı, sürücü xilas edildi
Şəkidə faciə: İstirahət mərkəzi sahibinin sirri