Baş prokurorla üz-üzə: Quba sakinləri üçün böyük imkan!
Baş Prokuror Kamran Əliyev, avqustun 18-də saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.
Minval.info xəbər verir ki, vətəndaşların qəbula yazılması və Quba rayonuna gəlmələrinin təşkilini müvafiq rayon prokurorları həyata keçirəcək.
Qəbula yazılmaq üçün vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət edə bilərlər. Bundan əlavə, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı və prokurorluğun sosial şəbəkə səhifələri vasitəsilə də müraciət etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kartof püresi zərərli deyilmiş: Dietoloq faydalarını açıqladı
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
Müəllimlər üçün daha bir qadağa imzalandı
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib