Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Milli Məclisin növbədənkənar iclasında deputat Eldəniz Səlimovun deputat mandatından məhrum edilməsi ilə təqdimatını səsləndirdi.

Baş prokuror bildirdi ki, bu gün dünya təhlükəli olan koronavirus pandemiyası ilə üzləşi: “Bildiyiniz kimi, bütün dünya pandemiya ilə mübarizə aparır. Həmçinin Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkəmizdə böyük işlər aparılır. Birinci vitse-prezident Mehriban Əliyevanın da bu sahədə rolu danılmazdır. Bütün dövlət qurumları, vətəndaş cəmiyyəti koordinasiyalı şəkildə pandemiya ilə mübarizə aparır. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah dövlət qurumları ilə koordinasiyalı işləyir. Bu sahədə əsas iş Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə düşür. DİN əməkdaşları kifayət qədər səmərəli işləyirlər”.

K.Əliyev deputat Eldəniz Səlimovun polisi döyməsi ilə bağlı danışdı: “Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov qohumuna məxsus restorana gələrək iyulun 21-də polis əməkdaşlarına qarşı qanunsuzluqlar törədib. Biz artıq bununla bağlı cinayət işinə başlamışıq. Cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub. Təqdimatın təmin edilməsini xahiş edirəm”.

Baş prokuror dedi ki, məsələnin mənəvi, etik və hüquqi tərəfi var: “Etik tərəfi məlumdur, belə hal yolverilməzdir. Hüquqi tərəfinə gəldiksə, polis zabiti rəhbərliyə məlumat verib. Dərhal

Fakta görə cinayət işinin başlanması üçün əsaslar mövcud olub. Toxunulmaz işinin ləğvinə əsaslar var. Bu hal baş verməsə, cinayət işinin obyektiv aparılması mümkün olmaz. Xahiş edərdim ki, təqdimata baxılsın”.