Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən “Minval.info”ya verilən məlumata görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu sərəncamda nəzərdə tutulan günlər iş günü hesab edilmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - FOTOLAR
Şahin Bağırov idarə rəisini işdən çıxartdı
Kirayə mənzil bazarında son durum
Fazil Məmmədov Azərbaycandakı şirkətlərini xaricə köçürür
Əfv Komissiyasının sədri postu boşdur - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək