27.08.2021 - 12:27
Səhiyyə 1 baxış

Baş mama-ginekoloq: "Hamiləliklə bağlı əks göstəriş sertifikatı nəzərdə tutulan müddətdən asılı olaraq veriləcək"

Hamilə qadınların qeydiyyatda olduqları qadın məsləhətxanalarından hamiləliklə bağlı sənədləri müəssisə tərəfindən Xüsusi Komissiyaya təqdim edilməlidir.

“Minval.info” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

“Hamilə qadınlar doğuşayardım xidmətinə lisenziyası olan özəl tibb müəsissəsində qeydiyyatdadırlarsa, hamilələrə dair sənədlər ərazi üzrə şəhər poliklinikasına təqdim edilməli, həmin şəhər poliklinikasının protokoluna salınmalı və təsdiqləyici əlavə sənədlər Xüsusi Komissiyaya təqdim edilməlidir. Hamilə qadınlar üçün lazım olan sənədlər: hamilənin ambulator kartı, hamiləlik registrindən çıxarış və hamiləliyin təsdiqləyici ultrasəs müayinə nəticəsi(USM)”.

O vurğulayıb ki, hamiləliklə bağlı müvəqqəti əks göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: