"Barselona" üçün daha bir transfer problemi

“Barselona” “Mançester Siti”nin hücumçusu Rahim Sterlinqin transferində problemlə üzləşib.
Minval.info xəbər verir ki, Apasport.az saytının məlumatına görə, mümkün keçidə mane olan əsas məqam İngiltərə klubunun istədiyi məbləğdir.
Premyer Liqa çempionu 26 yaşlı hücumçunun müqavilə müddəti 2023-cü ilə qədər olmasına baxmayaraq, Sterlinqi 80 milyon avrodan ucuz qiymətə buraxmaq fikrində deyil. İspanların isə maliyyə problemləri ucbatından bu məbləği ödəməsi real görünmür. Kataloniyalılar İngiltərə millisinin üzvünü qışda icarəyə götürmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, Rahim Sterlinq bu mövsüm bütün turnirlərdə keçirdiyi 11 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?