16.09.2021 - 14:43
İdman
26 baxış
"Barselona" baş məşqçisini istefaya göndərə bilər

İspaniya “Barselona”sının baş məşqçisi Ronald Kuman Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin I tur matçından sonra klub rəhbərliyi ilə görüşüb.
“Minval.info” “Deportes Cuatro” nəşrinə istinadən xəbər verir ki, gərgin keçən görüşdə 58 yaşlı mütəxəssisə vəziyyəti düzəltmək üçün 4 oyunluq vaxt verilib.
Kataloniya təmsilçisi müsbət nəticələr əldə etməsə, niderlandlı baş məşqçi istefaya göndəriləcək.
Qeyd edək ki, “Barselona” növbəti 4 qarşılaşmasını La Liqada “Qranada”, “Kadis”, “Levante” və Çempionlar Liqasında Portuqaliya “Benfika”sına qarşı keçirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
19.09.2026 - 14:29
Messi İspaniya klubunu almağa hazırlaşır
19.09.2026 - 10:59
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51