"Barselona" 300 minə alınan futbolçunu 75 milyona transfer edir
“Barselona” transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, “Valensiya”dan Jeyson Murillonu icarəyə götürən, “tuluza”dan Jean Klair Todibonu transfer edən Kataloniya klubu “Ayaks”ın gənc ulduzu Frenki de Yonqun keçidini elan etməyə hazırlaşır.
“El Mundo Deportivo”nun “De Yonq, “Barselona”ya hə dedi” başlığı ilə yayımladığı xəbərdə bildirilir ki, 21 yaşlı yarımmüdafiəçi kataloniyalılarla anlaşma əldə edib. Qeyd edilir ki, “Barselona” “Ayaks”ın 21 yaşlı ulduzunu “Bavariya”, “Mançester Siti”, “Yuventus” və PSJ kimi klubların əlindən alıb.
De Yonq mövsümün sonuna qədər “Ayaks”da qalacaq və yayda “Barselona”ya qoşularaq 5 illik anlaşma imzalayacaq. Kataloniyalılar bu futbolçu üçün Hollandiya klubuna 75 milyon avro ödəyəcək.
Qeyd edək ki, “Ayaks”ın 2015-ci ildə “Villeh II”dən 300 min avroya aldığı futbolçuya hazırda “Transfermarkt” 60 milyon avro qiymət qoyub. O, cari mövsümdə 27 rəsmi oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Chievo - Juventus - CANLI (HD)
Şakira və Pikenin evinə oğru girdi
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna təklif olunub
Bədavi Hüseynov: "Karyeramda ilk dəfə penalti vururdum"
Neymarın satış qiyməti AÇIQLANDI
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verdi - FOTO
Ulduz futbolçudan daha bir nümunəvi addım