Banklarda etik qaydalar yenilənir: Korrupsiya və sui-istifadəyə qarşı yeni standartlar
Bankların idarəetmə standartlarına yeni dəyişikliklər tətbiq edilib.
Minval.info xəbər verir ki, bu dəyişikliklər çərçivəsində hər bir bankın işçiləri, idarəetmə orqanları və daxili komitələri üçün etik davranış qaydaları müəyyənləşdiriləcək.
Yeni qaydalara əsasən, Müşahidə Şurasının üzvləri, İdarə Heyətinin üzvləri və digər bank işçiləri üçün işdə və bankın adından kənarda davranış standartları təyin ediləcək. Bu standartlar korrupsiya və vəzifədən sui-istifadə hallarının qarşısının alınması, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni əhatə edir. Eyni zamanda, bankın daxili qaydalarının pozulması barədə məlumat verən şəxslərin qorunması və konfidensiallıq rejiminin təmin edilməsi də nəzərdə tutulur.
ƏLAQƏLİ
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Banklar, etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək üçün zəruri tədbirlər görməlidir. Bundan əlavə, müştərilərin şikayətlərinə baxılması və onların hüquqlarının qorunması üçün müstəqil şikayətlərə baxılması funksiyası yaradılacaq.
Bu funksiyanın icrası bankın əməliyyatlarının həcminə və müştəri sayına uyğun olaraq təşkil ediləcək. Şikayətlərə baxılması prosesi Müşahidə Şurasının təsdiq etdiyi qaydalara əsasən həyata keçiriləcək və baş komplayens inzibatçısı tərəfindən nəzarət ediləcək.
İdarə Heyəti, şikayətlərə baxılması funksiyasının effektivliyini təmin etmək üçün lazımi şərait və resurslarla təminat verəcək. Bu funksiyanı icra edən əməkdaşlar müvafiq sahə üzrə bilik və təcrübəyə malik olmalı və mütəmadi təlimlərdə iştirak etməlidir. Maraqlar münaqişəsinin qarşısının alınması üçün bu əməkdaşlar biznes əməliyyatlarından kənar olmalı və şikayətlərin araşdırılması üçün adekvat səlahiyyətə malik olmalıdır.
ƏLAQƏLİ
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu
Bakıda taksi macərası: Sürücüyə quldurluq edən şəxs necə yaxalandı?
Yanaraq həyatını itirən körpələrin faciəsi: Mərkəz yenidən qurulacaq
Soyuducuda saxlanılmaması lazım olan məhsullar: Hansılar və niyə?