01.08.2026 - 16:42
Ölkə 41 baxış

Bank btb-nin dönüşü: Lisenziya ləğv edildi, abb ilə yeni mərhələ başladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli qərarına əsasən, Bank BTB ASC-nin bank lisenziyası ləğv edilib. Bu qərar, bankın müraciəti əsasında və “Banklar haqqında” qanunun müvafiq maddələrinə uyğun olaraq qəbul edilib. Bankın hüquqi varisi olaraq “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-yə yeni lisenziya verilib.

Minval.info xəbər verir ki, Mərkəzi Bankın daha əvvəl verdiyi qərara əsasən, Bank BTB ASC-nin bank olmayan kredit təşkilatına çevrilməsi üçün müraciəti təsdiqlənmişdi. Bu proses çərçivəsində, bank öz əmanətçiləri və kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirmək üçün plan hazırlayıb və kreditorları məlumatlandırıb. Bankın aktiv və passivləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ötürülüb.

Bank BTB ASC-nin müştərilərinin depozitləri, şərtləri dəyişdirilmədən, ABB-yə köçürülüb və müştərilərin vəsaitlərinə sərbəst çıxışı təmin edilib. Eyni zamanda, bankın kredit portfeli də ABB-yə ötürülüb və kredit xidmətlərinin fasiləsizliyi qorunub. “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC isə fəaliyyətini Bakı şəhərində davam etdirəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: