Bangkokda güclü yağışlar fəlakətə səbəb oldu
Taylandın paytaxtı Bangkokda ardıcıl günlərdir davam edən güclü yağışlar nəticəsində şəhərdə genişmiqyaslı daşqınlar baş verib. Şəhərin qubernatoru Çadçart Sittipuntt tərəfindən ərazinin fəlakət zonası elan edildiyi bildirilib.
BBC-nin məlumatına görə, son günlər ərzində şəhərə təxminən 300 millimetr (11.8 düym) yağış düşüb və növbəti günlərdə də daha çox yağışın yağacağı gözlənilir.
Minval.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda, avtomobillərin tamamilə su altında qalan yollarda hərəkət etməyə çalışdığı, bəzi nəqliyyat vasitələrinin isə yolda qaldığı görünür.
Ölkə rəsmiləri vəziyyəti nəzarətdə saxlamaq üçün təcili tədbirlər görsələr də, daşqınların şəhərin gündəlik həyatına ciddi təsir etdiyi qeyd olunur. Yağışların yaratdığı çətinliklər səbəbiylə şəhər sakinləri narahatlıq içindədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş