09.12.2018 - 12:51
İdman
24 baxış
"Ballon d'Or"da saxtakarlıq: səslər dəyişdirilib, saxta jurnalist səs verib (FOTOFAKT)
“Real”ın və Xorvatiya millisinin üzvü Luka Modriçin qazandığı “Ballon d’Or” (Qızıl top) mükafatında saxtakarlıq edilib.Qalibi müəyyənləşdirmək üçün jurnalistlər arasında aparılan sorğunun nətiəcələrinə müdaxilələr olunduğu iddia olunub.
Belə ki, Trinidad və Tobaqodan səs verən jurnalist Lasana Liburd “Twitter” hesabından verdiyi açıqlamada səs verdiyi 5 futbolçunun sıralamasının dəyişdirildiyini bildirib. Jurnalist qeyd edib ki, o, ardıcıl olaraq Lionel Messi, Luka Modriç, Krihtiano Ronaldo, Məhəmməd Salah və Antoine Qrizmanna səs verib.

Fransanın “France Football” nəşrinin açıqladığı siyahıda isə Liburdun seçimi fransalı Qrizmannın xeyirinə dəyişdirilib: Antoine Qrizmann, Məhəmməd Salah, Krihtiano Ronaldo, Luka Modriç, Lionel Messi.

Başqa bir iddip isə daha qorxuncdu. Belə ki, “France Football”un siyahısında Komor adalarının adından səs verən Abdu Boyna adlı adamın ümumiyyətlə mövcud olmadığı bildirilir.
Həmçinin Boynanın çalışdığı göstərilən “Albalad Comorses” adlı qəzetin isə 2012-ci ildən nəşr olunmadığı ortaya çıxıb. Qəzetin keçmiş foto-müxbiri Toymimou Abdu bu adda bir əməkdaşlarının olmadığını bildirib.
Maraqlıdı ki, Komor adalarını təmsil etdiyi deyilən jurnalistin siyahısında başqa bir fransalı futbolçu – Kilian Mbappe birinci yerdə qərarlaşıb.

Fanat.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
19.09.2026 - 14:29
Messi İspaniya klubunu almağa hazırlaşır
19.09.2026 - 10:59
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51